təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

CƏBİRƏ DƏSTƏMAZI – Dəstəmaz üzvündə yara olarsa dəstəmaz necə alınır

 CƏBİRƏ DƏSTƏMAZI - Dəstəmaz üzvündə yara olarsa dəstəmaz necə alınır
Cəbirə - Sınıq, yara və bəzi xəstəliklər zamanı bədən üzvünün üzərinə bağlanan sarğıya və çəkilən dərmana deyilir. Bu zaman şəriətə uyğun şəkildə alınan dəstəmazı “cəbirə dəstəmazı” adlandırırlar. Ümumiyyətlə, bədən üzvlərindəki yaranı su ilə yumaq, eləcə də, məsh etmək zərərli deyilsə, onda adi qayda ilə dəstəmaz almaq lazımdır. Yəni yuyulmalı olan bədən üzvləri yuyulmalı, məsh edilməli bədən üzvlərinin üzərinə məsh çəkilməlidir. Əgər yara dəstəmazda yuyulmalı olan bədən üzvünün hamısını deyil, bir hissəsini örtürsə və onu yumaq zərərlidirsə, mümkün halda həmin bədən üzvünün yarasız hissələri adi qaydada yuyulur, yaranın üzərinə isə yaş əllə məsh çəkilir. Əgər yaranın üzərinə məsh çəkmək də mümkün deyilsə ( ...

DƏSTƏMAZ BARƏDƏ QEYDLƏR

 DƏSTƏMAZ BARƏDƏ QEYDLƏR
Dəstəmaz – İslam şəriətində ən mühüm əməllərdən biri sayılır. Dəstəmaz öz-özlüyündə müstəhəb (bəyənilən) əməldir, amma bəzi ibadətlərdən qabaq mütləq yerinə yetirilməlidir.   Namaz qılan (cəfəri məzhəbində cənazə namazı istisnadır), həccdə Kəbənin ətrafında təvaf edən şəxsin dəstəmazlı olması lazımdır. Habelə, Quranın yazısına, müqəddəslərin adına toxunmaq üçün (şiə məzhəbinə görə), Quranın vacib səcdəsini icra etmək üçün (əhli-sünnə məzhəbinə görə) də dəstəmaz almaq vacibdir. Ümumiyyətlə isə hər bir mühüm əməldən əvvəl dəstəmaz almaq mstəhəb sayılır. Məsələn, Quran oxuyan, yatmağa hazırlaşan və eləcə də yuxudan qalxan, səfərə çıxan adamın dəstəmaz alması tövsiyə edilir. İslamın sağlamlıq və gigiyenaya verdiyi ...

TƏQLİD NƏDİR VƏ NECƏ TƏQLİD EDİLİR?

 TƏQLİD NƏDİR VƏ NECƏ TƏQLİD EDİLİR?
Ən çox verilən suallara cavab silsiləsindən   Təqlid – lüğəti mənada nəyi isə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir. Təqlidin zəruriliyi adi məntiqə əsaslanır. İnsanların heç də hamısı dini hökmləri öz mənbələrindən çıxarmağa qadir deyillər. Dini hökmlərin əsas mənbəyi Qurani-kərim və sünnədir. Qurani-kərimdə İslamın yalnız əsas prinsipləri izah edildiyi üçün, alimlər şəriətin xırdalıqlarına Peyğəmbərin və imamların davranış və kəlamlarında cavab tapmağa çalışırlar. Bu mənbələrdən müxtəlif dini və məntiqi metodlarla şəriət hökmlərini ...

QIZ AILƏ QURARKƏN ATASINDAN ICAZƏ ALMALIDIRMI?

 QIZ AILƏ QURARKƏN ATASINDAN ICAZƏ ALMALIDIRMI?
Saytımızın «Sual-Cavab» rubrikasına göndərilən suallardan məlum olur ki, müsəlman gənc oğlan və qızların bir qismi dünyəvi nikahdan əvvəl öz münasibətlərini halal şəklə salmaq üçün kəbin (daimi və ya müvəqqəti) kəsdirmək istəyirlər.   kəsdirmək istəyirlər.Amma qızın atasının buna razı olmayacağını bildikləri üçün ondan icazə almadan kəbini özləri oxumaq və ya oxutdurmaq fikrindədirlər. Bu barədə çoxsaylı sualları nəzərə alaraq, aşağıda 5 Islam məzhəbi baxımından məsələyə aydınlıq gətirməyə çalışacağıq. Cəfəri məzhəbinə görə, ailə qurmaq istəyən bakirə qız hələ «rəşidə» deyilsə, yəni özünə xeyirli olanla ziyanlı olanı ayıra bilmirsə, başqa sözlə desək, həyat təcrübəsinə malik deyilsə və həyatı anlamırsa, atasından ...

Təyəmmüm necə edilir?

Təyəmmüm necə edilir?
Şəriətə görə, namaz və oruc kimi ibadət əməllərini yerinə yetirmək, Qurani-kərimin yazısına toxunmaq üçün insan pak olmalıdır. Yəni bunun üçün ya dəstəmaz, ya da qüsl almaq lazımdır (yerindən asılı olaraq). Amma bəzən su ilə paklanmaq mümkün olmur.   Bu zaman şəriətin yüngülləşdirici hökmündən – yəni təyəmmümdən istifadə etməyə icazə verilir. Təyəmmüm hökmü Həzrət Mühəmməd Peyğəmbərə (s) hərbi yürüşlərin birində (Bəni-Müstəliq qəzvəsində, hicrətin 5-ci və ya 6-cı ili) aşağıdakı ayə vasitəsilə vəhy edildi: “Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinızə sürtün. Allah sizi çətinliyə salmaq istə¬mə ...

Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir