təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

Hər kim Ramazan ayını susaraq oruc tutub…Günün hədisi

Hər kim Ramazan ayını susaraq oruc tutub...Günün hədisi
Hz. Peyğəmbər (s) xütbələrinin birində belə buyurmuşdur:     "Hər kim Ramazan ayını susaraq oruc tutub, qulağını, gözünü, dilini, şəhvətini və bədən üzvlərini Allahın razılığı üçün yalandan, haramdan və qeybətdən  qorusa, uca Allah onu özünə yaxın edər, belə ki, o şəxs Hz. İbrahim Xəlilullaha (onun mövqeyinə) çatar və onunla birlikdə olar." ("Vəsailuş-Şiə", c.7, s.117) ...

İmam Əlidən (ə) nəql olunan hədis Suriya hadisələrində həyata keçdi

 İmam Əlidən (ə) nəql olunan hədis Suriya hadisələrində həyata keçdi
Ərəb ölkələrində sosial şəbəkələrdə maraqlı hədis qeyd olunub. Belə ki, İmam Əlinin (ə) bir hədisinin Suriyada baş verən hadisələrə aid olduğu iddia olunur. İdiada İmam Əlidən (ə) nəql olunan mötəbər bir hədisin məhz Suriya hadisələrinə, xüsusilə, “İraq və Dəməşqdə İslam Dövləti” (DAİŞ) adı altında döyüşənlərə işarə etdiyi bildirilir.   Qeyd olunan hədis qədim hədis kitablarında, o cümlədən, Seyyid ibn Tavusun “Əl-mələhimi vəl-fitən” kitabında, Nurullah ibni Şərif Şüştərinin “İhqaqul-haqq və izhaqul-batil” kitabında, böyük əhli-sünnə alimi Naim ibni Həmmədin “Əl-fitən” kitabında (557-ci hədis) nəql olunub. Hədisin mətni belədir: "Qara bayraqlıları (Suriyada döyüşən sələfilərin bayrağı qaradır) gördüyünüz zaman yeriniz ...

Ey gecə səhərə qədər yatan yazıq insan!

 Ey gecə səhərə qədər yatan yazıq insan!
"Ey gecə səhərə qədər yatan yazıq insan! Sabah yatacağın qaranlıq torpaq üçün də bir çıraq yandır". (Mövlana Cəlaləddin Rumi) ...

Müsəlmanlar arasında bu 3 şey olmasa…

 Müsəlmanlar arasında bu 3 şey olmasa...
İmam Sadiq (ə) buyurub: “Qardaşlar (müsəlmanlar) arasında 3 şeyə riayət olunsa, dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.” ...

Qurani Kərimdə təriflənən TƏQVA nədir?

 Qurani Kərimdə təriflənən TƏQVA nədir?
Təqva ərəb dilində “çəkinmək, uzaq durmaq” mənasını verən “vəqayə” kökündəndir. Lüğət alimləri yazırlar ki, vəqayə – bir şeyi, onun üçün zərərli olan təhlükədən qorumaq deməkdir. Nəhayət, təqvanın üçüncü və ən üstün dərəcəsi budur ki, insan, onu Allahdan yayındıran hər şeyə arxa çevirsin, bütün diqqətini Allaha yönəltsin. Qurani-kərimdə müsəlmanlara məhz təqvanın bu dərəcəsinə yetişmək tövsiyə edilir: “Ey iman gətirənlər! Allaha münasibətdə layiqincə təqvalı olun!” (Ali-Imran, 102). Təqva sahibləri ayə və hədislərdə “müttəqi” adı ilə tanıtdırılır. Həzrət Əli (ə) müttəqiləri belə xarakterizə edirdi: “Müttəqilə¬rin əməlləri pak, gözləri ağlar, qəlbləri Allahdan qorxandır”. Qurani-kərimin Bəqərə surəsin ...

AĞCAQANAD MİSALI VƏ YA ALLAH AĞCAQANADI NİYƏ YARADIB? Bir ayənin təfsiri

AĞCAQANAD MİSALI VƏ YA ALLAH AĞCAQANADI NİYƏ YARADIB? Bir ayənin təfsiri
“Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” - deyirlər.   Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir” (Bəqərə, 26). Bu ayənin izahını düzgün anlamaq üçün özündən əvvəlki ayələri də nəzərdən keçirmək lazımdır. Bəqərə surəsinin 17-20-ci ayələrində münafiqlər qaranlıqla ocaq qalayan, amma od söndükdən sonra zülmətdə qalan insanlara, ya da göydə çaxan ildırımı görüb qorxan şəxslərə bənzədilir. Daha sonrakı ayələrdə (23-24) isə Qurana istehza edən müşriklər ...

Quranı pulla oxumaq: olar ya olmaz?

Qurani-kərim oxumaq üçün muzd almağın halal olub-olmaması barədə alimlərin fikirləri fərqlidir. Bir qrup alimlər (bunların əksəriyyəti əhli-sünnə məzhəbinə mənsubdur) bunu haram sayır və Allahın kəlamını müəyyən qiymətə satmaq kimi dəyərləndirirlər. Həqiqətən, bəzi mənbələrdə Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən elə hədislərə rast gəlirik ki, bunlarda Quran oxumağı qazanc mənbəyinə çevirənlər tənqid və məzəmmət edilirlər. Amma bunun müqabilində başqa bir qrup hədislər də var ki, bunlardan çıxış edərək bəzi şərtlər daxilində muzdla Quran oxumağın icazəli olduğu məlum olur. Alimlərin üstün və qüvvətli rəyi də buna uyğundur. Əvvəla bunu deyək ki, Quran oxumaq və başqalarına bunu öyrətmək çox böyük savaba malikdir. Hər kəs imkan sə ...

Qurani-kərimi oxumağın qaydaları

 Qurani-kərimi oxumağın qaydaları
Qurani-kərimi oxumaq dinimizdə ən böyük savablardan və ibadətlərdən biri sayılır. Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”. Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar ...

Ayətül-kürsi oxumağın fəzilətləri

 Ayətül-kürsi oxumağın fəzilətləri
“Ayətül-kürsi” Qurani-kərimin Bəqərə surəsinin 255-ci ayəsinə verilən addır. Ayədə “Allahın kürsisi” ifadəsi işlədildiyi üçün, ona bu ad verilmişdir.       Əslində burada oturmaq üçün istifadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki “kürsi” ifadəsi Allahın qüdrət və hökmranlığının, elminin simvolu kimi işlədilib. Ümumiyyətlə, ayətül-kürsi Allah-təalanın böyüklüyünü, əzəmətini nümayiş etdirən, Onun bəzi sifətlərini açıqlayan ən bariz ayələrdən biridir. Bəzən Bəqərə surəsinin 256-cı və 257-ci ayələrini də bura əlavə edir və hər üç ayəni birlikdə ayətül-kürsi adlandırırlar. İslam ənənəsində ayətül-kürsidən bir çox çətinliyi aradan qaldırmaq ...

Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir