“İŞİD İrana qarşı hədə deyil”

İİR-nin müdafiə naziri söyləyib: Terrorçu İŞİD qruplaşması İrana qarşı hədə deyil.   General Hüseyn Dehqan İSNA ilə müsahibədə əlavə edib: Terrorçu İŞİD qruplaşmasının üzvləri Suriyadan sonra İraqda mövcudluq elan edən muzdurlardırlar və regionda qorxunc atmosfer yaratmaq istəyirlər. General Dehqan İranın qərb sərhədlərinin təhlükəsiz olduğuna təkidlə bildirib: İranın silahlı qüvvələri lazımi tədbirləri görür və sərhədləri tam nəzarətdə saxlayırlar. İranın müdafiə naziri İŞİD-in İrana qarşı hədə olmadığına bir daha təkidlə bildirib: İraq xalqı da bu terrorçuları məhv edəcəklər. ...

Fitrə zəkatının hökmləri

Fitrə zəkatının hökmləri
  Fitrə zəkatının hökmləri:   - Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına, hətta bir neçə an qalanda belə, həddi-büluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansının pulunu versə, kifayətdir.   - Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa, fəqirdir və fitrə zəkatı ona vacib deyil.   - Hər bir şəxs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan ...

Bu gün dünya müsəlmanları Beynəlxalq Qüds gününü qeyd edirlər

Bu gün dünya müsəlmanları Beynəlxalq Qüds gününü qeyd edirlər
Hər il Mübarək Ramazan ayının son cüməsi tarixi bir günə təsadüf edir. Bu, Ümumdünya “Qüds Günü”dür. 5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi zamanı  İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzində Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları - Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəçilik rejimi yaradıldı. BMT qətnaməl ...

Hörümçək

Hörümçək
Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ". Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torund ...

Oruc tutduğunuz zaman sizin bədəninizdə nələr baş verir?

Oruc tutduğunuz zaman sizin bədəninizdə nələr baş verir?
Britaniyada dərc olunan EMEL jurnalı, tibbi araşdırmaçı Dr. Norin A. Kassemin araşdırmaları əsasında, insan oruc tutarkən onun bədninin daxilində hansı proseslərin baş verdiyini məlumat verən qısa video çarx təqdim edib.   Videoda bildirilir ki, insan oruc tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edir. Enerji istehsalı zamanı ən mühüm rolu Qaraciyər oynayır. Qaraciyər piyləri keton bədənçikləri adlı kimyəvi prepratalara çevirərək insan enerjisnin əsas mənbəyi edir. Dr. Kassemin fikrincə, detoksikasiya oruc tutmağın ən əhəmiyyətli xeyrlərindən biridir. Müntəzəm detoksikasiya prosesi zamanı insanın qalın bağırsağı, ağciyəri, qaraciyəri, böyrək, limfatik düyünlər və dəridə olan zəhərli maddə ...

Hər kim Ramazan ayını susaraq oruc tutub…Günün hədisi

Hər kim Ramazan ayını susaraq oruc tutub...Günün hədisi
Hz. Peyğəmbər (s) xütbələrinin birində belə buyurmuşdur:     "Hər kim Ramazan ayını susaraq oruc tutub, qulağını, gözünü, dilini, şəhvətini və bədən üzvlərini Allahın razılığı üçün yalandan, haramdan və qeybətdən  qorusa, uca Allah onu özünə yaxın edər, belə ki, o şəxs Hz. İbrahim Xəlilullaha (onun mövqeyinə) çatar və onunla birlikdə olar." ("Vəsailuş-Şiə", c.7, s.117) ...

Dünyada Ramazan coşqusu

Dünyada Ramazan coşqusu
Bütün dünyada müsəlmanlar böyük sevinc və coşqu ilə Mübarək Ramazan ayını yaşamaqdadırlar. Yaşından və millətindən asılı olmayaraq, hamı bu ayda bol-bol savab qazanmağa, İlahi rəhmətə yetişməyə səy göstərir. ...

Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?

Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?
Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir? Ramazan və qurban bayramları günlərin¬də oruc tutmaq haramdır. Ramazan ayında da vacib (fərz) niyyəti ilə oruc tutmaq lazımdır. Qalan günlərdə oruc tutmaq müstəhəbdir (sünnətdir). Amma bəzi günlərdə oruc tutmağın xususi savabı var. Əhli-sünnə məzhəbinə görə, rəcəb və şaban aylarında, hər ayın 13-cü, 14-cü və 15-ci günlərində, zilhiccə ayının ilk 9 günündə (xüsusilə, ərəfə günündə), həftənin bazar ertəsi və cümə axşamı günlə¬rində, şəvval ayının 6 günündə (Fitr bayramı gününü çıxmaqla) oruc tutmaq sünnətdir. Cəfəri məzhəbində rəcəb və şəban aylarının bütün günlərində, hər ayın 13-cü, 14-cü və 15-ci günlərində, hər ayın ilk və son cümə axşamı günlərində, zilhiccə ay ...

Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir