təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

Hörümçək

Hörümçək
Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ". Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torund ...

Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?

Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?
Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir? Ramazan və qurban bayramları günlərin¬də oruc tutmaq haramdır. Ramazan ayında da vacib (fərz) niyyəti ilə oruc tutmaq lazımdır. Qalan günlərdə oruc tutmaq müstəhəbdir (sünnətdir). Amma bəzi günlərdə oruc tutmağın xususi savabı var. Əhli-sünnə məzhəbinə görə, rəcəb və şaban aylarında, hər ayın 13-cü, 14-cü və 15-ci günlərində, zilhiccə ayının ilk 9 günündə (xüsusilə, ərəfə günündə), həftənin bazar ertəsi və cümə axşamı günlə¬rində, şəvval ayının 6 günündə (Fitr bayramı gününü çıxmaqla) oruc tutmaq sünnətdir. Cəfəri məzhəbində rəcəb və şəban aylarının bütün günlərində, hər ayın 13-cü, 14-cü və 15-ci günlərində, hər ayın ilk və son cümə axşamı günlərində, zilhiccə ay ...

Kəbəni dağıtmaq istəyən İŞİD, yaxud Yezidin təqlidi… Replika

Kəbəni dağıtmaq istəyən İŞİD, yaxud Yezidin təqlidi... Replika
Bu gün mətbuatda “İŞİD terror təşkilatı Allahın evi – Kəbəni dağıdacaq” başlıqlı xəbərlər yer alıb. Lent.az-ın xəbərinə görə, bu barədə İŞİD-in komandanlığına daxil olan Əbu Turab əl-Müqəddəsi öz Twitter səhifəsində yazıb. O bildirib ki, İŞİD komandiri şeyx əl-Bağdadinin rəhbərliyi altında Məkkədə bütlərə sitayiş edənləri öldürəcək və Kəbəni yerlə-yeksan edəcəklər: “İnsanlar Məkkəyə Allaha ibadət etmək üçün getmirlər. Onlar Məkkədə bütlərə sitayiş edirlər. Allaha and olsun, əgər Səudiyyə Ərəbistanını fəth etsək, Kəbəni dağıdacağıq”. Ilk növbədə onu deyək ki, son dövrlər mətbuatda mənşəyi məlum olmayan xəbərlər çoxaldığından bu xəbərin də həqiqiliyi şübhə altındadır və çox güman ki, sonradan təkzib olunacaq. A ...

Rəğaib gecəsi

Rəğaib gecəsi
Rəcəb ayının ilk cümə gecəsinə “Rəğaib gecəsi” deyilir. Bu gecəyə Rəğaib gecəsi adını mələklər vermişdir. Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir. Söz olaraq “rəğaib” – “çoxlu rəğbət edilən, nəfs, qiymətli, dəyərli, ehsan” mənalarına gələn “ragıbə” sözünün cəm halıdır. Buna görə Rəğaib gecəsi deyildikdə “çox lütf və ihsanla dolu, qiyməti və dəyəri böyük, çox gözəl qiymətləndirilməsi lazım olan gecə” mənası başa düşülür. Bu gecə Allah lütflərini leysan kimi yağdırar. Bu xüsusi aylar və bu ayların içindəki mübarək gün və gecələr bizlərə sürətlə keç ...

Şiəliyi qəbul etmiş keçmiş vəhhabi şeyxİ: “Vəhhabilik əlacı olmayan xərçəng xəstəliyi kimidir”

Şiəliyi qəbul etmiş keçmiş vəhhabi şeyxİ: “Vəhhabilik əlacı olmayan xərçəng xəstəliyi kimidir”
Əvvəllər vəhhabi əqidəsində olan və “İmam Məhəmməd bin Səud Universiteti”ndə müəllim işləyən Doktor İsam İmad vəhhabiliyi əlacı olmayan xərçəng xəstəliyinə bənzədib.     İslam.az-ın “tasnimnews.com”a istinadən veridiyi xəbərə görə, dünən İran televiziyasında Quran proqramının qonağı olan İmad vəhhabiliyi sərt tənqid edib. Kiçik yaşlarından etibarən vəhhabi düşüncəsi ilə yetişdiyini və universitetlərdə bu düşüncədən dərs dediyini vurğulayan İmad bildirib ki, vəhhabilər kiçik yaşlarından etibarən insanlara Qurandakı cihad ayələrini təhrif edərək çatdırır və bu ayələri həddindən çox qabardaraq beyinlərə yeridirlər. “Soyuqdəymə müalicə oluna bilər, lakin vəhhabilik müalicəsi olmayan xərçəng xəstəliyi kimidir. Vəhhabi əqidəs ...

İmam Həsən Əskərinin (ə) hədislərindən seçmələr

 İmam Həsən Əskərinin (ə) hədislərindən seçmələr
Rəbius-sani ayının 8-də (bu il Miladi təqvimi ilə fevralın 8-i) müsəlmanların 11-ci imamı Həsən Əskərinin mövlud günüdür. Bu münasibətlə İmamdan nəql olunan bir neçə gözəl hədisi təqdim edirik.         “Yaraşıqlı sifət zahiri gözəllik, iti ağıl isə batini gözəllikdir”. “Övladın kiçik ikən valideynə hörmətsizlik etməsi böyüyəndə onun üzünə ağ olması ilə nəticələnər”. “Bu iki xüsusiyyətdən daha üstünü yoxdur: Allaha iman bəsləmək və din qardaşına fayda vermək”. “Hər kim təharətdə həddi aşsa, sanki təharəti batil etmiş kimidir” (yəni hər kim qüsl və dəstəmazda suyu istaf etsə və ya dəstəmazda iki dəfədən artıq yusa, qüslü və dəstəmazı batil olar). “Təəccübdən başqa hallarda gülmək cahillik əlam ...

İbn Teymiyyə alimlərin nəzərində

 İbn Teymiyyə alimlərin nəzərində
Vəhhabilik təriqətinin əsası XVIII miladi əsrdə Məhəmməd ibn Əbdülvəhhab tərə­findən qoyulsa da, onun ideoloji kökləri daha qədimlərə gedib çıxır.       Belə ki, vəhhabilik cərəyanı bəzi cəhətlərdən XIII-XIV miladi əsrlərdə yaşamış İbn Teymiyyə adlı şəxsin fikirlə­rinə dayaqlanır. “İbn Teymiyyə” adı ilə məşhur olan Təqiyyəddin Əbül-Abbas Əhməd ibn Əbdülhəlim ibn Əbdüssəlam ibn Abdullah ibn Əbül-Qasim Məhəmməd ibn Teymiyyə Hərrani hicri 661/miladi 1263-cü ildə Suriya əra­zisindəki Hərran şəhərində (Dəməşq ya­xınlı­ğında) doğulmuşdur. Onun atası hənbəli məz­həbinin görkəm­li din alimlərindən sayılırdı və monqol hücumları nəticəsində 1268-ci ildə Dəməşqə köçmüş­dü. İbn Teymiyyə gənclik illərində atas ...

Azərbaycanda İslam dininin yayılması

Azərbaycanda İslam dininin yayılması
Azərbaycan xalqının mübarizə əzmini qırmaq, özlərinə tabe etmək üçün ərəb istilaçıları müxtəlif üsullara əl atırdılar.   Bu üsullardan biri də əhali ilə mülayim rəftar, lazım gələndə güzəşt etmək idi. Xəlif Əbubəkr Azərbaycanda döyüşən sərkərdələrə göstəriş vermişdi ki, adamları lazımsız yerə şikəst etməsinlər, qocaları, uşaqları və qadınları öldürməsinlər. Onların əvvəlki qayda-qanunlarla yaşamalarına, adət-ənənələrini davam etdirmələrinə şərait yaratsınlar.          Bu göstərişlər adamların şəxsiyyətinin və mülkiyyətinin qorunmasına müsbət təsir göstərməklə yanaşı, İslam dininə rəğbəti də artırırdı. Yerli əhalidə ərəblərə qarşı münasibət də xeyli mülayimləşmişdi. Sasani imperiyası dövrünə nisb ...

Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir