təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

Dünyada Ramazan coşqusu

Dünyada Ramazan coşqusu
Bütün dünyada müsəlmanlar böyük sevinc və coşqu ilə Mübarək Ramazan ayını yaşamaqdadırlar. Yaşından və millətindən asılı olmayaraq, hamı bu ayda bol-bol savab qazanmağa, İlahi rəhmətə yetişməyə səy göstərir. ...

Rəğaib gecəsi

Rəğaib gecəsi
Rəcəb ayının ilk cümə gecəsinə “Rəğaib gecəsi” deyilir. Bu gecəyə Rəğaib gecəsi adını mələklər vermişdir. Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir. Söz olaraq “rəğaib” – “çoxlu rəğbət edilən, nəfs, qiymətli, dəyərli, ehsan” mənalarına gələn “ragıbə” sözünün cəm halıdır. Buna görə Rəğaib gecəsi deyildikdə “çox lütf və ihsanla dolu, qiyməti və dəyəri böyük, çox gözəl qiymətləndirilməsi lazım olan gecə” mənası başa düşülür. Bu gecə Allah lütflərini leysan kimi yağdırar. Bu xüsusi aylar və bu ayların içindəki mübarək gün və gecələr bizlərə sürətlə keç ...

Azərbaycanda İslam dininin yayılması

Azərbaycanda İslam dininin yayılması
Azərbaycan xalqının mübarizə əzmini qırmaq, özlərinə tabe etmək üçün ərəb istilaçıları müxtəlif üsullara əl atırdılar.   Bu üsullardan biri də əhali ilə mülayim rəftar, lazım gələndə güzəşt etmək idi. Xəlif Əbubəkr Azərbaycanda döyüşən sərkərdələrə göstəriş vermişdi ki, adamları lazımsız yerə şikəst etməsinlər, qocaları, uşaqları və qadınları öldürməsinlər. Onların əvvəlki qayda-qanunlarla yaşamalarına, adət-ənənələrini davam etdirmələrinə şərait yaratsınlar.          Bu göstərişlər adamların şəxsiyyətinin və mülkiyyətinin qorunmasına müsbət təsir göstərməklə yanaşı, İslam dininə rəğbəti də artırırdı. Yerli əhalidə ərəblərə qarşı münasibət də xeyli mülayimləşmişdi. Sasani imperiyası dövrünə nisb ...

Dinlərin tarixi və mahiyyəti haqqında sanballı nəşr

Dinlərin tarixi və mahiyyəti haqqında sanballı nəşr
İDRİS ABBASOVUN “DİN TƏHLÜKƏDİR, YOXSA CƏMİYYƏT TƏHLÜKƏLİDİR?” KİTABI İŞIQ ÜZÜ GÖRÜB    Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasovun sayca dördüncü – “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitabı işıq üzü görüb. Kitab min illər boyu bəşəriyyəti düşündürən fundamental bir mövzuya – dinin cəmiyyətdə rolu məsələsinə həsr edilib. Bu çətin, mürəkkəb problemin öhdəsindən gəlmək üçün müəllifin həm ciddi nəzəri-elmi bazası, həm də praktiki təcrübəsi var: o, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini fərqlənmə ilə başa vurub. Dünyanın mötəbər elm ocaqlarından sayılan “Əl-Əzhər” Universiteti nəzdində ərəb dili və İslam elmləri üzrə beyn ...

Dinlərin təkamülü yalanı

Dinlərin təkamülü yalanı
Təktanrılı dinlərin təkamüllə çoxtanrılı dinlərdən əmələ gəlməsi yalandır  Təxminən bir əsr əvvəl, Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabı hələ ilk dəfə nəşr olunduğu dövrdə təkamül anlayışı materialist və ateist kütlələrin dəstəyini qazanmışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafındakı hər şeyi təkamüllə açıqlayırdılar. Onların fikrincə, hər şey “ibtidai”dən başlayır, daha sonra aliyə doğru inkişaf edirdi. Bu yanlış fikri bir çox sahəyə tətbiq etməyə çalışdılar. Məsələn, iqtisadiyyatda marksizm təkamül xarakterli inkişafın labüd olduğunu və nəticədə, bütün millətlərin kommunizmi qəbul edəcəyini iddia edirdi. Bunun ancaq təxəyyül məhsulu olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirm ...

Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir