təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

İmam Əlidən (ə) nəql olunan hədis Suriya hadisələrində həyata keçdi

Ərəb ölkələrində sosial şəbəkələrdə maraqlı hədis qeyd olunub. Belə ki, İmam Əlinin (ə) bir hədisinin Suriyada baş verən hadisələrə aid olduğu iddia olunur. İdiada İmam Əlidən (ə) nəql olunan mötəbər bir hədisin məhz Suriya hadisələrinə, xüsusilə, “İraq və Dəməşqdə İslam Dövləti” (DAİŞ) adı altında döyüşənlərə işarə etdiyi bildirilir.

terrorcu3

 

Qeyd olunan hədis qədim hədis kitablarında, o cümlədən, Seyyid ibn Tavusun “Əl-mələhimi vəl-fitən” kitabında, Nurullah ibni Şərif Şüştərinin “İhqaqul-haqq və izhaqul-batil” kitabında, böyük əhli-sünnə alimi Naim ibni Həmmədin “Əl-fitən” kitabında (557-ci hədis) nəql olunub.
Hədisin mətni belədir: “Qara bayraqlıları (Suriyada döyüşən sələfilərin bayrağı qaradır) gördüyünüz zaman yerinizdə oturun, tərpənməyin (onlara qoşulmayın), bu zəif dəstənin qəlbi dəmir kimi (daş kimi) bərkdir. Onlar dövlət arzusundadırlar (İraq və Dəməşqdə Dövləti qurmaq arzusu). Onlar heç bir əhdə-peymana vəfa etməzlər, haqqa dəvət edərlər, amma özləri haqq əhli deyillər. Onlar künya ilə adlanarlar (künya oğul adı ilə tanınan ada deyilir – Əbu-Məhəmməd, Əbu Əli, Əbul-Qasım və s.), şəhərlərin adı ilə tanınarlar (DAİŞ döyüşçülərinin çoxu künya və şəhər adı ilə tanınır – Əbu Bəkr Əl-Bağdadi (qrupun rəhbəri), Azərbaycandan olan döyüşçülərdən Əbu Zərr Azəri, Samir Qaxlı, Primorski Muhəmmədin məhşur çeçen komandiri Əbu Omar Şişani (“şişani” ərəb dilində çeçen demekdir), Əbu Müslüm Qazaxi, Əbu Vakas Rusi, Əbu Muaz Rusi, Abidin Kumık, Əbu Muaz Aqulvi). Tezliklə onların arasında ixtilaf düşər, sonra Allah haqqı zahir edər.”
Yeri gəlmişkən, bu radikal terrorçu qrupların arasında ixtilaf artıq baş qaldırıb və hər gün qruplar arasındakı toqquşmalarda onlarla döyüşçü həlak olur. İndiyə qədər bu toqquşmalarda  min nəfərdən çox terrorçu ölüb.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir