Rəğaib gecəsi

dua-childrenRəcəb ayının ilk cümə gecəsinə “Rəğaib gecəsi” deyilir. Bu gecəyə Rəğaib gecəsi adını mələklər vermişdir.

Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.

Söz olaraq “rəğaib” – “çoxlu rəğbət edilən, nəfs, qiymətli, dəyərli, ehsan” mənalarına gələn “ragıbə” sözünün cəm halıdır. Buna görə Rəğaib gecəsi deyildikdə “çox lütf və ihsanla dolu, qiyməti və dəyəri böyük, çox gözəl qiymətləndirilməsi lazım olan gecə” mənası başa düşülür. Bu gecə Allah lütflərini leysan kimi yağdırar.

Bu xüsusi aylar və bu ayların içindəki mübarək gün və gecələr bizlərə sürətlə keçən zamanın dəyərini dərk etməyin, dayanıb düşünmənin, həyatın sıx tempi içində özümüzə dönüb, könül aləminə nəzər etmənin və içə doğru bir yolçuluq etmənin imkanlarını təqdim edər. Bundan başqa Uca Allaha qəlbən yalvararaq, günahlarla çirklənməyə üz tutmuş könüllərimizi tövbə ilə təmizləmək, özümüzü dərk etmək və bilmək, nəfsin sonugəlməz arzu və ehtiraslarına dur demək və onlardan uzaqlaşmaq imkanını verir.

Bu gecəni ibadətlə keçirməyin savabı çoxdur. Digər zamanlarda oxunan hər Quran hərfi üçün on savab verilsə, Rəcəb ayında yüzləri keçməkdədir, Rəğaib qəndilində isə daha da artmaqdadır. Qəza və nafilə namazların savabı isə digər gecələrə nisbətən qat-qat çoxdur. Rəğaib qəndilində ediləcək ibadətlərdən biri də duadır. Peyğəmbərimiz bir hədisində bu gecədə ediləcək duaların Allah dərgahından geri çevrilməyəcəyini bildirmişlər.

Rəğaib gecəsində yerinə yetirilməsi savab olna əməllər bunlardır:

1. Qurani-Kərim oxunmalı; oxuyanlara qulaq asılmalı; münasib məkanlarda Quran ziyafətləri verilməli; Kəlamullaha olan sevgi, hörmət və bağlılıq duyğuları yenilənməli, qüvvətləndirilməlidir.

2. Peyğəmbərimizə salatü salamlar gətirilməli, Onun şəfaətini ümid edib, ümmətindən olma şüuru təzələnməlidir.

3. Qəza, nafilə namazlar qılınmalı; varsa, o gecəyə aid nəql edilən namazlar, onlar da ayrıca qılına bilər; qəndil gecəsi, özü etibarilə ibadət və ibadətdə ehsan şüuru ilə əhya edilməlidir.

4. Təfəkkür edilməli; “Mən kiməm, haradan gəlmişəm, hara gedirəm, Allahın məndən istəkləri nələrdir” kimi mövzular başda olmaqla həyati məsələlərdə dərin düşüncələrə girməlidir.

5. Keçmişin hesabı edilməli; gələcəyin plan və proqramı qurulmalıdır.

6. Günahlara səmimi olaraq tövbə və istiğfar edilməlidir; dərk edilən gecəni sonuncu fürsət bilərək peşmançılıq və tövbə edilməlidir.

7. Bol-bol zikr edilməlidir.

8. Möminlərlə halallaşmalı; onlarla əlaqəmiz cəhətindən razılıqları görülməlidir.

9. Küsülü və incik olanlar barışdırılmalı; könüllər alınmalı; kədərli üzlər güldürülmelidir.

10. Şəxs özünə və digər mömin qardaşlarına hətta ad çəkərək dualar etməlidir.

11. Üzərimizdə hüquqları olanlar axtarılıb soruşulmalı; vəfa və qədirşünaslıq əxlaqı yerinə gətirilməlidir.

12. Yoxsul, kimsəsiz, yetim, xəstə, şikəst, yaşlı olanlar ziyarət edilib, sevgi, şəfqət, hörmət, hədiyyə və sədəqələrlə sevindirilməlidir.

13. O gecə ilə əlaqədar ayələr, hədislər və bunların şərhləri oxunmalıdır.

14. Dini yığıncaqlar, söhbətlər programlaşdırılmalı; vəz və nəsihətə qulaq asılmalıdır;

15. Qəndil gecəsinin axşam, şam və səhər namazları camaatla və məscidlərdə qılınmalıdır.

16. Sahabə, üləma və övliya türbələri ziyarət edilməlidir.

17. Vəfat etmiş yaxınlarımızın, dostlarımızın və böyüklərimizin qəbirləri ziyarət edilməlidir.

18. Həyatdakı mənəvi böyüklərimiz, ana və atamız, dostlarımız və digər yaxınlarım şəxsən görüşlərinə gedilərək və ya telefon vasitəsilə təbrik edilməlidir; duaları istənməlidir.

19. Bu qəndil gecələrinin gündüzlərində mümkün qədər oruc tutulmalıdır.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir