təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?

Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?

ynhlr_asm

Ramazan və qurban bayramları günlərin¬də oruc tutmaq haramdır. Ramazan ayında da vacib (fərz) niyyəti ilə oruc tutmaq lazımdır. Qalan günlərdə oruc tutmaq müstəhəbdir (sünnətdir). Amma bəzi günlərdə oruc tutmağın xususi savabı var. Əhli-sünnə məzhəbinə görə, rəcəb və şaban aylarında, hər ayın 13-cü, 14-cü və 15-ci günlərində, zilhiccə ayının ilk 9 günündə (xüsusilə, ərəfə günündə), həftənin bazar ertəsi və cümə axşamı günlə¬rində, şəvval ayının 6 günündə (Fitr bayramı gününü çıxmaqla) oruc tutmaq sünnətdir.

Cəfəri məzhəbində rəcəb və şəban aylarının bütün günlərində, hər ayın 13-cü, 14-cü və 15-ci günlərində, hər ayın ilk və son cümə axşamı günlərində, zilhiccə ayının 1-dən 9-a kimi günlərdə, Novruz (20-21 mart), Qədir-Xümm (18 zilhiccə), məbəs (27 rəcəb), mövlud (17 rəbiül-əvvəl) bayramlarında, mühərrəm ayının 1-də və 3-də, zilqədə ayının 25-də və 29-da müstəhəb niyyə¬ti ilə oruc tutmaq savabdır. Buna nafilə orucu deyirlər. Aşura gününün orucu barədə şiə və sünni məzhəblərinin fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbində aşura gününün orucu sünnət sayılır; lakin şiə məzhəbinə görə, məkruhdur.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir