təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

Kəbəni dağıtmaq istəyən İŞİD, yaxud Yezidin təqlidi… Replika

Bu gün mətbuatda “İŞİD terror təşkilatı Allahın evi – Kəbəni dağıdacaq” başlıqlı xəbərlər yer alıb.

ynhlr_asm

Lent.az-ın xəbərinə görə, bu barədə İŞİD-in komandanlığına daxil olan Əbu Turab əl-Müqəddəsi öz Twitter səhifəsində yazıb. O bildirib ki, İŞİD komandiri şeyx əl-Bağdadinin rəhbərliyi altında Məkkədə bütlərə sitayiş edənləri öldürəcək və Kəbəni yerlə-yeksan edəcəklər: “İnsanlar Məkkəyə Allaha ibadət etmək üçün getmirlər. Onlar Məkkədə bütlərə sitayiş edirlər. Allaha and olsun, əgər Səudiyyə Ərəbistanını fəth etsək, Kəbəni dağıdacağıq”.

Ilk növbədə onu deyək ki, son dövrlər mətbuatda mənşəyi məlum olmayan xəbərlər çoxaldığından bu xəbərin də həqiqiliyi şübhə altındadır və çox güman ki, sonradan təkzib olunacaq. Amma onu da deyək ki, haradasa İŞİD kimi qaniçən cinayətlərlə yadda qalan terrorçu qruplaşmanın bu əqdədə ola bilməsi mümükndür. Bəlkə də elə ona görə bu xəbər yayılan kimi çoxu adam da inandı. Lakin məsələnin kökündə bir sıra başqa məqsədlər görünür. Ola bilər müqəddəs ziyarətgahları hədəf alan İŞİD-in əsas məqsədlərindən biri də müsəlmanlara aid olan tarixi yer üzərindən silməkdir. Eyni zamanda Kəbə evinin dağıdılması ideyası zaman-zaman mövcud olmuş, hətta dəfələrlə buna cəhdlər də edilmişdi. Lakin hər dəfəsində Allah öz mübarək evini müsəlmanların əli ilə qorumuşdur.

Tarixdə Kəbəyə edilən hücumlardan və Allah evinin yandırılması cəhdini Yezid ibn Müaviyə də etmişdir. Təbii ki, bu gün Yezidi özlərinə ideal olaraq görən İŞİD terrorçularının eyni əməli təkrarlamaq istəməsi heç də təəccüblü deyil.

Lakin ən maraqlı məqam isə İŞİD-in arxasında dayanan anti-islam qüvvələrin bu cür tarixi məsələlərdən ustalıqla istifadə etməsdir. Təbii ki, İŞİD-ə hansısa “xilafət” yaratmağa imkan verilməyəck. Ən azından ona görə ki, anti-islam qüvvələr xilafəti dağıtmaqdan ötrü əsrlərlə mübarizə aparıblar və yenidən bu sistemin, öz də qaniçənlərin əli ilə formalaşdırlmasına göz yummaq axmaqlıq olardı. Ancaq görünən odur ki, bu qüvvələr illərlə arzusunda olduğu müsəlmanları müsəlmanlardan olanların əli ilə öldürmək və məhv etmək planını işə salıblar. Zaman-zaman bu hadisələr baş versə bu dəfə daha geniş həyata keçirilir. Lakin hər dəfə olduğu kimi bu anti-islam qüvvələr bir həqiqəti yenə də unudurlar. “Allah sondan haqq olanları qalib edəcəkdir!”

M.Əlizadə

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir