təklif site

پایگاه اطلاع رسانی تی وی شیعه

Meydanı tərk etməyəcəyik

 

Biz Sionist rejim və təkfirçilərin qarşısında meydanı tərk etmək əzmində deyil, indi böhran nəqədər dərinləşirsə dərinləşsin.

Əl-Minar telekanalının məlumatına görə şeyx Nəim Qasim etdiyi çıxışında vurğulayıb: Müqavimət layihəsi sədaqət , azad etmək , istiqlaliyyət və insani kəramət layihəsidir . Bunun qarşılığında Sionist rejim və ABŞ-ın layihəsi, fitnə, qarşıdurma yaratmaq işğalçılıq, təkfirçi terrorçuları xidmətə almaq və cəmiyyətləri parçalamaya əsaslanır. Sionist rejim və ABŞ-ın bu layihəsi buna köklənib ki, bu cəmiyyətlər artıq Tələviv və Vaşinqtonun maraqlarının təmini istiqamətində bir-birlərinin əleyhinə çıxsınlar.

Nəim Qasim xatırladıb: Bu iki layihə ilə bağlı mübarizə davam etməkdədir.

Biz açıq aşkar şəkildə elan etmişik ki biz İran və Vəliyyi Fəqihin himayə etdiyi müqavimət layihəsinə tərəfdarlıq edirik və bu mövqeyimizi həmişə qorxmadan bəyan edirik. Zira bu layihə istiqlaliyyət, hakimiyyət və kəramət layihəsidir.

Livan Hizbullah baş katibinin müavini qeyd edib: Bizi ittihamlandırmağa səy göstərən kəslər deyirlər: Siz Vəliyyi Fəqihi dəstəkləyirsiz. Biz onlara səslənir və deyirik: Siz bizə yaxşılıq etmisiz, bizimlə də pis danışmadınız, lakin bizim müqəddəs inamımızı dilə gətirmisiz . İndi sizləri ABŞ və Sionist rejimin törəmələri adlandırsaq xoşunuza gəlirmi?! Əgər belə deyilsə onda  kimə tabe olduğunuzu bəyan edin.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir