Azərbaycanda İslam dininin yayılması


Azərbaycan xalqının mübarizə əzmini qırmaq, özlərinə tabe etmək üçün ərəb istilaçıları müxtəlif üsullara əl atırdılar.

 

6

Bu üsullardan biri də əhali ilə mülayim rəftar, lazım gələndə güzəşt etmək idi. Xəlif Əbubəkr Azərbaycanda döyüşən sərkərdələrə göstəriş vermişdi ki, adamları lazımsız yerə şikəst etməsinlər, qocaları, uşaqları və qadınları öldürməsinlər. Onların əvvəlki qayda-qanunlarla yaşamalarına, adət-ənənələrini davam etdirmələrinə şərait yaratsınlar.

         Bu göstərişlər adamların şəxsiyyətinin və mülkiyyətinin qorunmasına müsbət təsir göstərməklə yanaşı, İslam dininə rəğbəti də artırırdı. Yerli əhalidə ərəblərə qarşı münasibət də xeyli mülayimləşmişdi. Sasani imperiyası dövrünə nisbətən vergilərin azaldılması əhalinin əksəriyyətini razı salırdı. Sasani-Bizans müharibələrində hədsiz dərəcədə əziyyət çəkən, var-yoxdan çıxan xalq  İslam dini zəminində yeni işğalçıya əmin-amanlıq gətirən qüvvə kimi baxmağa başlamışdı.

         Bununla yanaşı, ağıllı və uzaqgörən adamlar başa düşürdülər ki,  İslam dininin yayılması Azərbaycanda siyasi sabitliyin bərqərar olmasına, milli birliyin təşəkkülünə yardımçı olacaqdır. Yeni din daha humanist, daha obeyktiv  və ədalətli idi. İslam qanunları və ehkamlarının insanları pis yoldan çəkindirməsi, onları xeyixahlığa və düzgünlüyə dəvət etməsi, yüksək hisslər və vərdişlər aşılaması rəğbətlə qarşılanırdı. Halallıq, düzgünlüktəbliğ edən İslam insanda öz qabiliyyətinə və qüvvəsinə inamı artırdığından başqa dinlərə nisbətən daha cazibədar idi. Bu xüsusiyyətlərinə görə İslam Azərbaycanın cənub torpaqlarında, xüsusilə Muğanda, Mildə, Xəzər sahillərində, Kür və Araz çayları boyunda nisbətən sürətlə yayılır. Lakin xristian dininin sabitləşdiyi dağlıq və dağətəyi bölgələrdə yeni dinə müqavimət güclü idi.

         VII əsrdə Azərbaycanda İslam dininin qəbul olunması xalqın müqəddəratında ciddi dönüşün başlanğıcı olur. Bu din vahid xalqın və dilin təşəkkülünə təkan verir, bu prosesin sürətlənməsinə  həlledici təsir göstərir. Türk və qeyri-türk etnoslar arasında yaranan dini birlik bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin  təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin dərinləşməsinə şərait yaratdı. İslamı qəbul etmiş etnoslar Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni-gürcü feodallarına qarşı  türk-islam bayrağı altında birləşdi.

         Lakin təkallahlı dinlərə sitayiş edənləri zorla müsəlmanlaşdırmaq İslamın təməl prinsiplərinə  zidd olduğundan ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslamın təsir dairəsindən kənarda qaldı. Bu proses nəticəsində ölkədə dini ayrılıq baş verdi, əhali iki qrupa bölündü; birinci qrupa bütün ölkə ərazisinə yayılmış və çoxluq təşkil edən müsəlman-türk əhali, ikinci qrupa isə əsasən Albaniyanın şimalındakı qərb bölgələrində yaşayan xristian əhali daxil oldu. Bu da erməni və gürcü kilsələrinin xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizni gücləndirdi. Beləliklə, Azərbaycan İslamla xristianlıq arasında ən kəskin qarşıdurma meydanına çevrildi. Erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlandı. Onların yeritdiyi siyasətin mahiyyətində xristian albanları erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək. Bu mənfur siyasət uzun əsrlər boyu davam etmiş, onun nəticələri indinin özündə də təsirini saxlamaqdadır.

         Ümumislam mədəniyyəti zəminində Xilafətin tərkibinə daxil olan xalqların milli mədəniyyəti zənginləşir və inkişaf edirdi. Ərəb dilinin elm və maarif dilinə çevrilməsi, Yaxın və Orta Şərqdə xalqların milli mədəniyyətinə öz güclü təsirini göstərirdi. İslamın elmə dəvəti istedadlı Azərbaycan gənclərinin Şərqin elm və mədəniyyət mərkəzləri  hesab olunan şəhərlərə axınını gücləndirdi. Onlar Bağdada, Kufəyə, Ncəfə, Bəsrəyə, Mədinə və Qahirəyə gedir, bu şəhərlərdə təhsil alaraq geri qayıdırdılar. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı kimi iri şəhərlərində də təhsil ocaqları, kitabxanalar, məscid və mədrəsələr, əzəmətli abidələr yaranır və inkişaf  edir.

         VII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Dəvdək hesab olunur. Onun əlimizə gəlib çatan yeganə əsəri Albayniya hökmdarı  əcavanşirin ölümünə  yazılmış mərsiyədir. Bu mərsiyədə böyük sərkərdə, güclü diplomat və ağıllı dövlət xadimi olan Cavanşirin ölümünü ümumxalq kədəri kimi qiymətləndirən şair yazır:

Mənim Şərq ölkəmi  bürüdü kədər,

Yayılmış cahana bu qara xəbər.

Qoy ellər eşitsin səsimi mənim,

Səsimə sə verib ağı desinlər.

         Xilafət dövrünün ən çox inkişaf edən sənətkarlıq sahəsi memarlıqdır. Bu dövrdə Azərbaycanda da müsəlman memarlığının təsiri özünü göstərir. Bərdə şəhəri yaxınlığında, Tərtər çayı üzərindəki çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda tikilmiş monastır kompleksi Xilafət dövrü memarlığnın səciyyəvi nümunələri hesab olunur.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir