Bu gün dünya müsəlmanları Beynəlxalq Qüds gününü qeyd edirlər

Hər il Mübarək Ramazan ayının son cüməsi tarixi bir günə təsadüf edir. Bu, Ümumdünya “Qüds Günü”dür.

islam367

5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi zamanı  İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzində Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları – Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəçilik rejimi yaradıldı. BMT qətnamələri tapdaq altına atılaraq, bu ərazilər “İsrail” dövləti”nin əraziləri elan edildi. Dünyanın gözü qarşısında fələstinlilərin əraziləri işğal və ilhaq edildi, on minlərlə günahsız insan qanı töküldü, milyonlarla insan ev-eşiyindən didərgin düşdü.

 

Bu gün də raketlər Fələstinin yaşayıç evlərinə, uşaq bağçalarına, məktəblərə tuşlanıb. Artıq qurbanların sayı yüzlərlə hesablanır, əsasən də qadın və uşaqlar. Qüds günü əsl insanların vəhşi İsrailə və onun havadarlarına, tərəfdarlarına nifrətlərini və etirazlarını növbəti dəfə bildirməyə bir fürsətdir.

 

Qüds – paklıq, müqəddəslik deməkdir və özündə ilahi-qüdsi dəyərləri ehtiva edir. Hələ qədim dövrlərdən Qüds şəhəri “Vəhyin  paytaxtı” adlandırılması buranın peyğəmbərlər şəhəri olması, bəşəriyyətin ilahi ilə təmasda xüsusi rol oynaması ilə bağlıdır. Bu baxımdan Qüds artıq öz mahiyyəti etibarilə ümumbəşəri xarakter daşıyır və  təkcə bir şəhərin, bir məkanın adını deyil, millətindən, dilindən, dinindən asılı olmayaraq, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ilahi dəyərlərə verilən ümumi ad mənasını əks etdirir.

 

İlahi vəhy ocağı olan Qüds şəhəri də təkcə Fələstinin, yaxud Yaxın Şərqin deyil, bütün dünyanın ortaq dəyəridir. Buranın ilahi dinlər tərəfindən Müqəddəs Şəhər statusunu daşıması da dediyimizi təsdiqləməkdədir

 

Qüds günü – İslamın dirilik günüdür. Əziz Islam Peyğəmbəri buyurur: “Müsəlmanların fəryadını eşidib, ona hay verməyən məndən deyil.”

 

Qüds günü müsəlman fəryadına HARAY günüdür.

 

O müsəlman ki, bu gün təkcə Fələstində fəryad etmir. Bu fəryadlar İraqın – Nəcəfindən, Kərbəlasından, Samirrasından, Azərbaycanın – Qarabağından, Şuşasından, Laçınından, Kəlbəcərindən, Xocalısından eşidilir. Bu nalələr digər islam torpaqları olan Əfqanıstandan, Kəşmirdən də ərşə ucalır.

 

“Qüds Günü” – yəni Müqəddəs Gün bizlər üçün həm də Qarabağ Günüdür. 20 ildən artıqdır erməni işğalçılarının təcavüzünə məruz qalmış və indiyədək işğal altında qalan ərazilərimizin azadlığına çağırış edən qüdsi bir gün…

 

Əslində, digər xalqların da öz Qüds günləri vardır. Qüds günü dedikdə, yalnız Qüds şəhəri deyil, həm də həmin xalqların işğal edilmiş müqəddəs dəyərləri, təcavüzə məruz qalmış əraziləri nəzərdə tutulur. Bizlər üçün də Qüds günü həm də “Qarabağ Günü” deməkdir.

 

Bu gün məmləkətimizdə hər bir Azərbaycanlı üçün Qarabağ qəlb ağrısıdır. Vətənin yaralı yeri, ürəklərin qübar bağladığı dərddir Qarabağ dərdi.

 

Əziz Peyğəmbərimizin (s) «Vətəni sevmək imandandır» kəlamı hər bir Azərbaycanlıya «Qarabağı unutma» deyir. Bir hədisdə  buyurulur ki, “Allah özü qeyrətlidir və qeyrətliləri sevir”. Mübarək Ramazan ayının son cümə günü – Qüds günü müsəlman kimliyi olan hər bir kəsə bəyan edir ki, işğal altında olan müsəlman torpaqlarının azad edilməsi hər bir xalqın müqəddəs bir vəzifəsidir.

 

Qeyd edək ki, Qüds gününün beynəlxalq miqyasda keçirilməsi təşəbbüsü İran İslam Respublikasının banisi Ayətullah Xomeyniyə məxsusdur.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir