Fitrə zəkatının hökmləri

 

Fitrə zəkatının hökmləri:

 

f76bb25e88fae4d9a1771a4d0c3c3d25_XL

– Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına, hətta bir neçə an qalanda belə, həddi-büluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansının pulunu versə, kifayətdir.

 

– Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa, fəqirdir və fitrə zəkatı ona vacib deyil.

 

– Hər bir şəxs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, istərsə kiçik; istər müsəlman olsunlar, istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

 

– Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.

 

– Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunsa, ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi şəxsin də fitrəsini verməlidir.

 

– Fitr bayramı gecəsi məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl dəvət olunmuş olsa və orda iftar etsə belə) ev sahibinə vacib deyil.

 

Fitr namazı

 

Fitr bayramının namazı Qurban bayramının namazı kimidir. Bu namaz İmamın (əleyhis salam) qeybdə olmadığı vaxt vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qeybdə olduğu zamanda isə müstəhəbdir. Onu camaatla da, tək də qılmaq olar.

 

Fitr və Qurban bayramı namazlarının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir.

 

Müstəhəbdir ki, Fitr bayramının namazı gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonra qılınsın.

 

Bu namaz iki rəkətdir. Birinci rəkətdə “həmd-surə”dən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra qunut tutulmalıdır. Beşinci qunutdan sonra təkbir deyib rüku və iki səcdəni yerinə yetirib, ayağa qalxmalı, ikinci rəkətdə isə “həmd-surə”dən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib namazı tamamlamalıdır.

 

Bu namazların qunutunda hər dua oxunsa, kifayətdir. Lakin daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

 

Əllahummə əhləl kibriyai vəl-əzəməh, və əhləl cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh. Əsəlukə bihəqqi hazəl-yəvm. Əllazi cəəltəhu lilmusliminə iyda. Və li Muhəmmədin səlləllahu ələyhi və alih zuxrən və şərəfən və kəramətən və məzida ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təcələni fi kulli xəyrin ədxaltə fihi Muhəmmədin və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əlla-hummə inni əsəlukə xəyrə ma səələkə bihi iba-dukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxlisun.

 

Müstəhəbdir ki, Fitr və Qurban bayramı namazlarında qiraət (“həmd-surə”) ucadan oxunsun.
Bayram namazının məxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms”, ikinci rəkətdə isə “Gaşiyə” surələri oxunsun. Yaxud birinci rəkətdə “Əla”, ikinci rəkətdə isə “Şəms” surələri oxunsun.

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir