Şiəliyi qəbul etmiş keçmiş vəhhabi şeyxİ: “Vəhhabilik əlacı olmayan xərçəng xəstəliyi kimidir”

100035Əvvəllər vəhhabi əqidəsində olan və “İmam Məhəmməd bin Səud Universiteti”ndə müəllim işləyən Doktor İsam İmad vəhhabiliyi əlacı olmayan xərçəng xəstəliyinə bənzədib.

 

 

İslam.az-ın “tasnimnews.com”a istinadən veridiyi xəbərə görə, dünən İran televiziyasında Quran proqramının qonağı olan İmad vəhhabiliyi sərt tənqid edib.

Kiçik yaşlarından etibarən vəhhabi düşüncəsi ilə yetişdiyini və universitetlərdə bu düşüncədən dərs dediyini vurğulayan İmad bildirib ki, vəhhabilər kiçik yaşlarından etibarən insanlara Qurandakı cihad ayələrini təhrif edərək çatdırır və bu ayələri həddindən çox qabardaraq beyinlərə yeridirlər.

“Soyuqdəymə müalicə oluna bilər, lakin vəhhabilik müalicəsi olmayan xərçəng xəstəliyi kimidir. Vəhhabi əqidəsində olan bir şəxsin beyni Allah və Rəsulunun (s) sözləri ilə doludur. Bu sözlər və kəlamlar o qədər qarmaqarışıq ;heart& şəkildə beyinlərinə yeridilib ki, bu, dağınıq bir anbara bənzəyir” – deyə İmad söyləyib.

Son zamanlar Səudiyyə universitetlərində vəhhabiliyin tənqid edilməyə başlanıldığını qeyd edən İmad deyib:

“Bu gün Səudiyyədə insanlar başa düşməyə başlayıblar ki, ərəblər arasında islahatlar aparmaq, vəhşiliklərin, cinayətlərin və insan başlarının kəsilmə hallarının qarşısını almaq üçün artıq vəhhabiliyin banisi olan Məhəmməd bin Əbdül-Vəhhabı müqəddəs hesab etməkdən uzaqlaşmalıdırlar”

به اشتراک بگذارید...

Bir suala cavab

Sizin emaylınız göstərilməyəcək .
Qarşısında Ulduz əlaməti olan * fayllar icbaridir .

*


Bizimlə əlaqə | RSS | Saytın xəritəsi

İslam 14 ün bütün hüquqları qorunur lakin mənbəyi qeyd etməklə saytdan istifadəyə icazə verilir